Gənc cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıblar
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa çempionatı başlayıb.

Cempionatın ilk günündə 4 cüdoçumuz tatami üzərinə çıxacaq.

Turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən Nizami İmranov ilk görüşünü keçirib. Təmsilçimiz 1/16 finalda Rikardu Piresə (Portuqaliya) qalib gəlib. Eyni çəki dərəcəsində çıxış edən digər cüdoçumuz Turan Bayramov səkkizdəbir finalda Kristian Qustiuk (Moldova) - Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qadınların yarışında Könül Əliyeva (48 kq) səkkizdəbir finalda Sila Ersin (Türkiyə), Səbinə Əliyeva (57 kq) isə 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur.

Xəbər 227 dəfə oxundu.