Parabadmintonçumuz İbrahim Əliyev Uqandada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb
Parabadminton üzrə milli komandamızın üzvü İbrahim Əliyev Uqandanın paytaxtı Kampala şəhərində keçirilən “Uganda Para Badminton International 2022” turnirində çıxış edir.

işi badmintonçuların şəxsi yarışında D qrupunda mübarizə aparan İ.Əliyev bu gün ilk görüşünü keçirib. Braziliya idmançısı Roberto Rodrigeslə qarşılaşan parabadmintonçumuz hər iki setdə rəqibini üstələməyi bacarıb - 2:0.

Təmsilçimiz D qrupunda ikinci görüşünü İndoneziyada keçirilən beynəlxalq parabadminton turnirində məğlub etdiyi Husseyn Şaika (Hindistan) qarşı keçirəcək.

Qrupda ilk 2 yeri tutan idmançılar dörddəbir finala yüksələcəklər.

Turnirə sentyabrın 18-də yekun vurulacaq.

Xəbər 307 dəfə oxundu.