Bundesliqa klubu baş məşqçisi ilə yollarını ayırıb
Almaniya Bundesliqa təmsilçisi “Bohum” futbol klubu baş məşqçisi Tomas Raysla yollarını ayırıb.

Bu barədə klubun saytı məlumat yayıb.

Komandaya müvəqqəti olaraq daha əvvəl U-19 komandası ilə çalışmış Heyko Butçer başçılıq edəcək.

Qeyd edək ki, “Bohum” Bundesliqada bu mövsüm keçirdiyi 6 turun hamısında uduzub və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Xəbər 219 dəfə oxundu.