PSJ klubu Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır
PSJ argentinalı hücumçusu Lionel Messiyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Tərəflər arasında rəsmi danışıqlar hələ aparılmayıb. Lakin Qətərdə keçirilən dünya çempionatından sonra bu prosesə start veriləcək.

Bu mövsüm Messi Fransa çempionatında yeddi oyun keçirib. Futbolçu 3 qol vurub və 7 məhsuldar ötürmə edib.

Fransa Liqa 1-də PSJ klubu turnir cədvəlinə başçılıq edir. Paris təmsilçisi 7 turdan 19 xal toplayıb. Komanda növbəti turda səfərdə “Lion”la qarşılaşacaq.

Xəbər 224 dəfə oxundu.