UEFA Gənclər Liqası: “Qəbələ” klubu səfərdə “Hayduk”a məğlub olub
“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayıb.

Komandamız birinci mərhələnin ilk oyununda Xorvatiyada “Hayduk”la üz-üzə gəlib. “Poljud” stadionundakı görüş “Qəbələ”nin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə olacaq.

Xəbər 213 dəfə oxundu.