Futzal üzrə Yüksək Liqa komandalarının nümayəndələri üçün treninq keçirilib
Bu gün AFFA-nın inzibati binasında 2022/2023-cü il mövsümünə hazırlıqla əlaqədar futzal üzrə Yüksək Liqa komandalarının nümayəndələri və onlayn qeydiyyatını aparacaq şəxslər üçün treninq keçirilib.

Treninq zamanı yeni mövsüm üçün qeydiyyatın başlanması və son tarixləri, dəyişən qeydiyyat qaydaları və “Futbola Qoşul” onlayn qeydiyyat platformasında yeni tətbiq ediləcək “Yarışların idarəetmə sistemi” bölməsi haqqında məlumat verilib.

“Yarışların idarəetmə sistemi” “Futbola Qoşul” onlayn qeydiyyat sistemi ilə vahid bir platforma üzərində sinxronlaşdırılıb. Yeni sistem futbol idarəetməsinin müxtəlif sahələrində müasir rəqəmsal idarəetmə üsullarının tətbiqini davam etdirmək və təkmilləşdirmək imkanları verəcək.

Qeyd edək ki, Yüksək Liqada yeni mövsümə sentyabrın 26-da start veriləcək.

Xəbər 289 dəfə oxundu.