Arda Turan futboldan ayrıldığını açıqlayıb
Məşhur türk futbolçu Arda Turan futboldan ayrıldığını açıqlayıb.

Son olaraq Türkiyənin “Qalatasaray” komandasında forma geyinən 35 yaşlı idmançı yutub kanalında yayımlanan klipi ilə “Artıq butsları asma vaxtıdır” deyib.

Klipində “Sizə bir sirr verərək başlamaq istəyirəm. İnanmayacaqsınız, amma mən çox yaxşı frikik oyunçusu idim. İndiyə qədər bunu heç kimdən eşitməməyiniz normaldır. Amma mənim hekayəm belə başladı.

Artıq göz yaşları içində, lakin cəsarətlə butsları asmaq vaxtıdır. Bütün yolum boyu əlimdən gələni etməyə çalışdım. Məncə heç də pis alınmadı. Yenidən hazıram. Futbolun içində, sahə kənarında yenidən görüşənə qədər”, - deyən Arda Turanın karyerasını “Qalatasaray”da davam etdirəcəyi və idman direktoru Cenk Ergünün köməkçisi olacağı ilə bağlı məlumatlar gündəmə gəlib.

Xəbər 229 dəfə oxundu.