“Neftçi” futzal klubu heyətini gücləndirməkdə davam edir
Futbol üzrə Azərbaycan kuboku yarışının son qalibi “Neftçi” mövsümöncəsi heyətini gücləndirməyə davam edir.

Bir müddət əvvəl Emin Kürdovla anlaşan Yüksək Liqa təmsilçisi ötən mövsümü EKOL-da keçirmiş Namiq Məmmədkərimov və Rüstəm Bağırovla, çimərlik millisində də çıxış edən Asif Zeynalovla, eləcə də U-19-da çıxış etmiş Məhəmməd Abbasov və Mirzə Əmirovla razılığa gəlib.

Qeyd edək ki, komandaya baş məşqçi Hacıbala Abdullazadə təyin olunub.

Xəbər 312 dəfə oxundu.