UEFA Gənclər Liqası: “Qəbələ” klubu bu gün Xorvatiyada “Hayduk”un qonağı olacaq
“Qəbələ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Komandamız turnirin birinci mərhələsinin ilk oyununda Xorvatiyada “Hayduk” klubu ilə üz-üzə gələcək.

“Poljud” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi David Smayts olacaq. Ona David Qabrovets və Tomaj Tserne köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Ante Terziç (Xorvatiya) yerinə yetirəcək.

Komandalar arasında cavab görüşü oktyabrın 4-də Qəbələdə keçiriləcək.

Xəbər 194 dəfə oxundu.