Bədii gimnastika üzrə Azərbaycan millisinin Bolqarıstanda keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb
Bədii gimnastika üzrə Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək dünya çempionatına yollanıb.

Sentyabrın 14-də start götürəcək çempionatda fərdi yarışlarda ölkəmizi Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova təmsil edəcəklər.

Beş gün davam edəcək yarışda Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokina isə qrup hərəkətləri üzrə birgə çıxış edəcəklər.



Xəbər 259 dəfə oxundu.