Şarl Lekler Formula 1 İtaliya Qran-Prisində cari mövsümdəki səkkizinci poulunu qazanıb
Sentyabrın 10-da İtaliyanın Monza şəhəri yaxınlığında yerləşən “Autodromo Nazionale Monza” trekində Formula 1 üzrə dünya çempionatının builki mövsümünün 16-cı yarışında sərbəst yürüşlər və təsnifat mərhələsi keçirilib.

Təsnifat mərhələsinin yekunlarına əsasən, “Ferrari” pilotu Şarl Lekler birinci olub. “Mersedes” komandasının britaniyalı pilotu Corc Rassel və “McLaren” pilotu Lando Norris ilk üçlüyü tamamlayıblar.

Sentyabrın 11-də 5,7 kilometrlik trekdə 53 dövrədən ibarət olmaqla əsas yarış start götürəcək.

Qeyd edək ki, Monza pilotların demək olar ki, 80 faizinin tam sürətlə keçdiyi, Formula 1 tarixində ən sürətli dövrənin qeydə alındığı və sürpriz nəticələri ilə məşhurlaşan trekdir.

Xəbər 387 dəfə oxundu.