Sabah “Qarabağ” - “Nant” oyununun biletləri satışa çıxarılacaq
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” (Ağdam) - “Nant” (Fransa) oyununun biletləri sentyabrın 11-də saat 11:00-dan etibarən satışa çıxarılacaq.

Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionun kassalarından, “Iticket.az”ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), “Park Bulvar”dakı “Qarabağ”ın Fan-Şopundan, eləcə də “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərindən əldə etmək mümkün olacaq.

Xəbər 245 dəfə oxundu.