UEFA Avropa Liqası: Həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Avropa Liqasında qrup mərhələsinin birinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Bu ada “Latsio”nun oyunçusu Matias Vesino sahib olub. Otuz yaşlı yarımmüdafiəçi Tokmak Nquen ("Ferentsvaroş"), Markinyos ("Arsenal") və "Betis"dən Villian Jozeni qabaqlayıb.

Qeyd edək ki, Vesino komandasının “Feyenoord”u 4:2 hesabı ilə məğlub etdiyi matçda dubla imza atıb.

Xəbər 272 dəfə oxundu.