Azərbaycan millisinin daha bir voleybolçusu “Azərreyl”in heyətinə cəlb olunub
Azərbaycan millisinin daha bir voleybolçusu “Azərreyl”in heyətinə cəlb olunub. Italiyalı baş məşqçi Alessandro Çiappini hücumçumuz Anastasiya Qurbanovanın “dəmiryolçu” olmasını istəyib.

Belə ki, Bakı təmsilçisi yaponiyalı libero Akiko İnonu ikinci komandaları sayılan “Bakı-Azəryolservis”ə göndərdikdən sonra onun əvəzinə 23 yaşlı dioqnal oyunçunu komandaya gətirib. Lakin Qurbanovanın ötən ilki kimi Çempionlar Liqasında “Azərreyl”də, Super Liqada isə sabiq klubunda oynaması da istisna edilmir.

Qeyd edək ki, bununla da “dəmiryolçular”ın heyətindəki voleybolçuların sayı 15-ə çatıb.

Xəbər 3552 dəfə oxundu.