Yüksək Liqa təmsilçiləri yoxlama oyununda güclərini sınayıblar
Futzal üzrə ölkə çempionu “Araz-Naxçıvan” Azərbaycan kuboku yarışının sonuncu qalibi “Neftçi” ilə yoxlama oyunu keçirib.

Qarşılaşma Naxçıvan təmsilçisinin qələbəsi ilə başa çatıb – 6:0.

“Araz-Naxçıvan”ın heyətində qolları Fərid Ələkbərov, Andreu, Xəzər Ağalızadə, Vitao, Oktay Rüstəmli və Felipinyo vurublar. “Neftçi” 2 dəfə 10 metrlik zərbə vurmaq hüququ qazansa da, Rüfət Balakişiyev və Əjdər Əjdərov fərqlənə bilməyiblər.

Xəbər 201 dəfə oxundu.