Namiq Əliyev növbəti dəfə Dünya Güləş Birliyinin Büro üzvü seçilib
Serbiyanın paytaxtı Belqradda Dünya Güləş Birliyinin (UWW) konqresi keçirilib.

iclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev, baş katibi Nəsimi Musayev və İcraiyyə Komitəsinin üzvü Vasif Məmmədov iştirak ediblər.

Tədbirdə bir çox məsələlərlə bağlı müzakirələr aparılıb, o cümlədən UWW-nin İcraiyyə Komitəsinə seçkilər keçirilib. N.Əliyev növbəti dəfə ali qurumun Büro üzvü seçilib.

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri qarşıdakı 6 ildə bu vəzifədə fəaliyyət göstərəcəklər.

Xəbər 221 dəfə oxundu.