İtaliya Formula 1-in növbəti yarışına ev sahibliyi edəcək
Formula 1 üzrə dünya çempionatında mövsümün 16-cı yarışı İtaliyada keçiriləcək.

İtaliyanın Monza şəhəri yaxınlığında yerləşən “Autodromo Nazionale Monza” trekində sentyabrın 10-da sərbəst yürüşlər və təsnifat mərhələsi olacaq. Sentyabrın 11-də isə əsas yarış start götürəcək. Yarış 5,7 kilometrlik trekdə 53 dövrədən ibarət olacaq.

Qeyd edək ki, builki mövsümdə indiyədək “Red Bull” pilotu Maks Ferstappen 10, “Ferrari” pilotu Şarl Lekler 3 dəfə qalib olub. “Red Bull” pilotu Serxio Peresin və “Ferrari” pilotu Karlos Saynsın isə hərəsi bir dəfə qələbə qazanıb.

Sürücülərin yarışında ilk 5 yer belədir - Maks Ferstappen (Niderland) 310 xal, Şarl Lekler (Monako) 201, Serxio Peres (Meksika) 201, Corc Rassel (Böyük Britaniya) 188, Karlos Sayns (İspaniya) 175 xal.

Komandalar yarışında isə “Red Bull” 511 xalla birinci sıradadır, sonrakı yerlədə müvafiq olaraq “Ferrari” (376 xal), “Mercedes” (346 xal), “Alpine Renault” (125 xal), “McLaren Mercedes” (101 xal) qərarlaşıb.

Xəbər 250 dəfə oxundu.