Dənizkənarı Milli Parkda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş festival keçirilir
Dənizkənarı Milli Parkda Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastika hamı üçün növü üzrə festival keçirilir.

Tədbirdə bu növ üzrə yığma komandanın üzvləri, “Ocaq Sport” klubunun təmsilçiləri ilə yanaşı, respublikamızın bölgələrindən idmançılar iştirak edirlər.

Festivalda musiqi sədaları altında müxtəlif çıxışlar nümayiş olunur.

Əraziyə giriş sərbəstdir.

Tədbirin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

Xəbər 222 dəfə oxundu.