Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında 45 ölkədən 250 idmançı iştirak edəcək
Noyabrda Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında 45 ölkədən 250 idmançı iştirak edəcək.

Bu sözləri Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransında Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

Komitə prezidenti bildirib ki, yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına ən çox reytinq xalları qazandıran yarışlardandır və bu səbəbdən çempionata olan maraq böyükdür.

“Yarışda idmançılar 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Onlardan 8-i kişilərin, digər 8-i qadınların, 2 dəst isə komanda yarışlarında olacaq”, - deyə İ.Rəhimov əlavə edib.

Xəbər 248 dəfə oxundu.