Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib | |
"Qrasshopper" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrə Super Liqasında avqustun ən yaxşı futbolçusu seçilib. 23 yaşlı forvard azarkeşlər arasındakı səsvermədə bütün rəqiblərini qabaqlayıb. Gənc forvard hazırda 3 qol və 1 məhsuldar ötürmə ilə bombardirlərin siyahısında 3-cü pillədə qərarlaşıb. Qeyd edək ki, Renat Dadaşov "Qrasshopper"ə cari mövsümün əvvəlində İngiltərənin "Vulverhempton" klubundan keçib. |
|
Xəbər 259 dəfə oxundu. |
|
|