Bu gün Avropa Liqasına start veriləcək
Bu gün Avropa Liqasına start veriləcək. Yarışın tarixində ilk dəfə təsnifat mərhələsini adlayan Azərbaycan çempionu “Neftçi” də mübarizəyə qoşulacaq.

Komandamız qrupdakı ilk matçını Serbiya paytaxtı Belqradda keçirəcək. H qrupunda yer alan təmsilçimiz Serbiyanın “Partizan” klubunun qonağı olacaq.

“Ağ-qara” rənglərə üstünlük verən 2 komandanın dueli ilə qrup mərhələsindəki 4 aylıq yürüşü start götürəcək. H qrupundakı digər matçda İtaliyanın “İnter” və Rusiyanın “Rubin” klubları üz-üzə gələcək.


Avropa Liqası, qrup mərhələsi
H qrupu, I tur

00:05. "Partizan" (Serbiya) – "Neftçi"
Baş hakim: Libor Kovarik
Belqrad. “Partizan” stadionu

Xəbər 935 dəfə oxundu.