Veteran cüdoçumuz Fərhad Rəcəbli onuncu dəfə dünya çempionu olub
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli Polşanın Krakov şəhərində usta cüdoçular arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.

Cempionatda 90 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycan təmsilçisinin usta cüdoçular arasında dünya çempionatlarında qazandığı 10-cu qızıl medalıdır.

Xəbər 218 dəfə oxundu.