“Fənərbağça”, "Latsio" və "Arsenal" UEFA Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıblar | |
Sentyabrın 8-də UEFA Avropa Liqasında qrup mərhələsinin birinci turunun oyunları keçirilib. Birinci turun bütün oyunları eyni gündə təşkil olunub. G qrupunda yer alan Azərbaycan çempionu “Qarabağ” Almaniyada "Frayburq"un qonağı olub. Görüşdə Almaniya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. Günün oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Qrup mərhələsi, birinci tur A qrupu "Sürix" (İsveçrə) - "Arsenal" (İngiltərə) - 1:2 PSV (Niderland) - "Budö Qlimt" (Norveç) - 1:1 B qrupu AEK (Larnaka, Kipr) - "Renn" (Fransa) - 1:2 "Fənərbağça" (Türkiyə) - "Dinamo" (Kiyev, Ukrayna) - 2:1 C qrupu "Lüdoqorets" (Bolqarıstan) - "Roma" (İtaliya) - 2:1 HİK (Finlandiya) - "Betis" (İspaniya) - 0:2 D qrupu "Malmö" (İsveç) - "Braqa" (Portuqaliya) - 0:2 "Yunion" (Berlin, Almaniya) - "Yunion" (Belçika) - 0:1 E qrupu "Mançester Yunayted" (İngiltərə) - "Real Sosyedad" (İspaniya) - 0:1 "Omoniya" (Kipr) - "Şerif" (Moldova) - 0:3 F qrupu "Latsio" (İtaliya) - "Feyenoord" (Niderland) - 4:2 "Şturm" (Avstriya) - "Midtüllan" (Danimarka) - 1:0 G qrupu "Frayburq" (Almaniya) - "Qarabağ" (Azərbaycan) - 2:1 "Nant" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1. |
|
Xəbər 224 dəfə oxundu. |
|
|