“Mingəçevir reqatası-2022” Avropa Kanoe Assosiasiyasının təqvim planına salınıb
Avropa Kanoe Assosiasiyası (ECA) oktyabrın 21-23-də keçiriləcək “Mingəçevir reqatası” beynəlxalq turnirini özünün təqvim planına salıb və qurumun rəsmi saytına yerləşdirib.

Yeniyetmə və gənclər arasında təşkil olunacaq yarışda avarçəkmənin müxtəlif növlərində idmançılar mübarizə aparacaqlar.

Eyni zamanda ECA-nın saytında gedən xəbərdə AKAF-in prezidenti Vüqar Əhmədovun dəvət məktubu və yarışın Əsasnaməsi öz əksini tapıb.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində təşkil olunan “Mingəçevir reqatası” beynəlxalq yarışında nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrindən olan idmançılar iştirak edib və bu yarış ümumittifaq kateqoriyalı reqatalar içərisində önəmli yer tutublar.

Xəbər 197 dəfə oxundu.