Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb
FIFA-nın Avropa milli assosiasiyaları departamentinin direktoru, AFFA-nın vitse-prezidenti Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.

E.Məmmədov görüş zamanı FIFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.

Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak ediblər. Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə edib və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini qeyd ediblər.

Xəbər 299 dəfə oxundu.