Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib
Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan milli komandasının iştirak etmədiyi yarışda ədalət təmsilçilərimiz iş başında olublar.

Sarayevoda keçirilən Bosniya və Herseqovina ilə Makedoniya arasında görüşün hakimləri həmyerlilərimiz olub. Venera Muradova Kahriçin idarə etdiyi görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Bu matçda hakimimiz meydan sahiblərinə 4, qonaqlara 1 sarı vərəqə göstərib.

Qeyd edək ki, bu oyunda yan xətt hakimləri Yuliya Larionova ilə Gülyana Güvəndiyeva olublar. Ehtiyat hakim isə yerli ədalət təmsilçisi olub.

Xəbər 820 dəfə oxundu.