"Səbail" klubu heyətini yeni transferlə gücləndirib
Bakının "Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi "Neftçi"nin müdafiəçisi Nihad Qurbanlını transfer edib.

İyirmi bir yaşlı oyunçu ilə 2022/2023-cü il mövsümünün sonunadək müqavilə imzalanıb.

Qeyd edək ki, N.Qurbanlı Azərbaycanın U-21 yığmasının da üzvüdür.

Xəbər 222 dəfə oxundu.