Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına uduzub | |
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Millimiz səfərdə Sloveniya yığmasının qonağı olub. Maribor şəhərində təşkil olunan qarşılaşma Sloveniya seçməsinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. İki komanda arasında sentyabrın 3-də Bakıda keçirilmiş görüşdə də Sloveniya eyni hesabla qalib gəlmişdi. Hazırda Sloveniya yığması 14 xalla qrupda birinci, Azərbaycan isə 9 xalla ikinci pillədə qərarlaşıb. Sloveniya artıq Avropa çempionatına vəsiqəni təmin edib. Azərbaycan millisi isə qrup ikincisi kimi mərhələ adlamaq şansını saxlayır. |
|
Xəbər 335 dəfə oxundu. |
|
|