Kişi cüdoçulardan ibarət Azərbaycan millisinə yeni idmançı cəlb olunub
Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandasına yeni idmançı cəlb olunub.
100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Camal Qamzatxanov Beynəlxalq Cüdo Federasiyasının qərarı ilə artıq Azərbaycan bayrağı altında çıxış edəcək.

İyirmi üç yaşlı cüdoçu sentyabrın 10-11-də İtaliyanın Rikkione şəhərində keçiriləcək böyüklər arasında açıq Avropa turnirində mübarizə aparacaq.

Qeyd edək ki, C.Qamzatxanov 2018-ci ildə gənclər arasında dünya çempionatında və 2019-cu ildə isə gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb. O, 3 ilə yaxındır Rusiya yığmasının heyətində beynəlxalq yarışlarda iştirak etmirdi.

Xəbər 229 dəfə oxundu.