Luka Modriç “Real”ın Çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı oyunçusu adına sahib olub
UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda Şotlandiyanın “Seltik” klubu ilə matç “Real Madrid”in futbolçusu Luka Modriç üçün əlamətdar olub.

O, buna görüşdə fərqlənməklə nail olub. Nəticədə 36 yaş 362 günlüyündə olan futbolçu “Real”ın Çempionlar Liqasında qol vurmağı bacaran ən yaşlı oyunçusu adını qazanıb.

Daha əvvəl 1965-ci ildə “Real”ın heyətində macarıstanlı hücumçu Ferents Puşkaş 38 yaş 173 günlüyündə turnirdə qol vura bilib. Lakin həmin vaxt turnir Avropa Çempion Klublar Kuboku adlanırdı.

Qeyd edək ki, “Real” ötən gün “Seltik”ə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər 219 dəfə oxundu.