Azərbaycanın U-17 komandası bolqarıstanlı həmyaşıdları ilə yoxlama oyununda məğlub olub
Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Millimizin heyətində 67-ci dəqiqədə Elton Mikayılov fərqlənib.

Xəbər 209 dəfə oxundu.