Futzal üzrə Birinci Liqada 10 komanda mübarizə aparacaq
Futzal üzrə Birinci Liqada iştirak edəcək komandaların sayı dəqiqləşib.

2022-2023-cü il mövsümündə aşağı liqada 10 komanda yarışacaq.

İştirakçılardan ikisi - “Şamaxı” və U-17 debütantdır. PASO isə “Dəyirman” adı altında çıxış edəcək. Qalan iştirakçılar ötən mövsüm də Birinci Liqada güclərini sınayıblar - “Şuşa”, “Alyans Qrup”, “Baku Fire-2”, “Şamaxı”, “Dəyirman”, “Standard”, ADBTİA, “Zəngilan”, “Dəstə Ordubad”, U-17.

Xəbər 226 dəfə oxundu.