Kristian Ştrayx: “Qarabağ” klubu beynəlxalq təcrübəyə malik komandadır
Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var.

Bunu UEFA Avropa Liqasının G qrupunun birinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Almaniyanın “Frayburq” komandasının baş məşqçisi Kristian Ştrayx matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, görüşü səbirsizliklə gözləyirəm. Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik.

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 193 dəfə oxundu.