Savat üzrə Avropa çempionatında ölkəmizi 4 idmançı təmsil edəcək
Azərbaycanın savat (fransız boksu) millisi “Kombat” versiyası üzrə böyüklər və gənclər kateqoriyasında keçiriləcək Avropa çempionatında iştirak etmək üçün Fransaya yola düşüb.

Sentyabrın 8-10-da Boulogne-sur-mer şəhərində təşkil olunacaq çempionatda ölkəmizi 4 idmançı təmsil edəcək.

Heyətə Azərbaycan Savat Federasiyasının prezidenti Rafiq Əliyev rəhbərlik edir.

Xəbər 233 dəfə oxundu.