Çimərlik futbolu üzrə Azərbaycan millisi Ukrayna yığması ilə qarşılaşacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda Ukrayna yığması ilə qarşılaşacaq.

İtaliyanın Kalyari şəhərində keçiriləcək qarşılaşma sentyabrın 8-də, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq.

İkinci seçmə mərhələnin sonuncu oyunundan sonra millimiz Superfinalda mübarizəyə başlayacaq. Sentyabrın 9-da keçiriləcək püşkatma ilə Superfinaldakı rəqiblərimiz məlum olacaq.

Xəbər 195 dəfə oxundu.