Kikboksinq üzrə “Zəfər turniri” yarışı keçiriləcək
Sentyabrın 10-11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Kikboksinq Federasiyası və “Vətən” klubunun təşkilatçılığı ilə “Zəfər turniri” adlı yarış keçiriləcək.

Turnir Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq.

Yarışa 25-dən artıq idman klubu və cəmiyyətin komandalarının tərkibində 250-dən çox kikboksinqçinin qatılacağı planlaşdırılır.

Xəbər 309 dəfə oxundu.