Azərbaycan – Bosniya və Herseqovina matçı heç-heçə ilə yekunlaşıb
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə qrup mərhələsində sonuncu oyununu keçirib.

“Dalğa Arena”da Bosniya və Herseqovina komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə nəticələnib.

Millimizin heyətində 67-ci dəqiqədə Nazlıcan Parlak fərqlənib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran millimiz G qrupunda 4-cü olub. Bosniya və Herseqovina isə 11 xalla 2-ci sıradakı mövqeyini qoruyub. Qrupa 24 xalla Danimarka seçməsi liderlik edib.

Xəbər 217 dəfə oxundu.