“Qəbələ”nin futbolçusu İsnik Alimi Premyer Liqada 10-cu qolunu vurub
“Qəbələ” klubunun futbolçusu İsnik Alimi Premyer Liqada 10-cu qolunu vurub.

Makedoniyalı yarımmüdafiəçinin yubiley qolu Azərbaycan Premyer Liqasının V turuna təsadüf edib. İyirmi səkkiz yaşlı legioner “Zirə” ilə səfər matçında (1:2) penalti zərbəsi ilə hesabı açıb. Bu, İ.Aliminin cari mövsümdə 5-ci oyunda ikinci qoludur.

Futbolçu ötən mövsüm 27 qarşılaşmada 8 dəfə fərqlənib. Ümumilikdə isə yarımmüdafiəçi 10-cu qolunu 32-ci matçında vurub.

Penalti zərbələrini dəqiq yerinə yetirməsi ilə seçilən İ.Alimi 6 dəfə 11 metrlik nöqtədən fərqlənib.

O, “Qəbələ”nin heyətində Premyer Liqada 10 və daha çox qol vuran 18-ci futbolçudur. İ.Alimi buna nail olan 12-ci legionerdir.

Xəbər 237 dəfə oxundu.