Çempionlar Liqası: "PSJ" “Yuventus”a qalib gəlib
UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun daha 6 oyunu keçirilib.

Gecənin əsas matçı Fransada “PSJ” və "Yuventus" arasında olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Turnirin F qrupunda "Leyptsiq" Almaniyada "Şaxtyor" (Donetsk) komandasına 1:4 hesabı ilə məğlub olub. Qrupun digər matçında turnirin son qalibi "Real Madrid" Şotlandiyada "Seltik" üzərində böyük hesablı qələbə qazanıb.

G qrupunda isə İngiltərənin "Mançester Siti" klubu İspaniyada "Sevilya"nı darmadağın edib.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

E qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13

"Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Noa Okafor (28) - Aleksis Salemakers (40);

F qrupu

"Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

Qollar: Məhəmməd Simakan (57) - Maryan Şved (16, 58), Mixail Mudrik (76), Lassina Traore (85);

"Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya) - 0:3

Qollar: Vinisius Junior (56), Luka Modriç (60), Eden Azar (77);

G qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83);

"Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: Erlinq Haaland (20, 67), Fil Foden (58), Ruben Diaş (90+2);

H qrupu

“PSJ” (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe (6, 22) - Ueston Makkenni (53);

"Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Qollar: Rafa Silva (50), Alexandro Qrimaldo (54).

Xəbər 258 dəfə oxundu.