Çempionlar Liqası: "Çelsi" ilk turda “Dinamo”ya məğlub olub
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq yekunlaşıb.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqrebin "Dinamo" komandası Xorvatiyada "Çelsi" klubu ilə qarşılaşıb. Meydan sahibləri rəqibi minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Matçda yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub.

Qrupun digər oyunu isə G qrupunda keçirilib. Dortmund "Borussiya"sı Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.

Görüşdə qolları Marko Roys (35), Rafael Gerreyro (42), Cud Bellingem (83) vurublar.

Qeyd edək ki, hazırda E və G qruplarının digər matçları - "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) və "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə), həmçinin F və H qruplarının "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna), "Seltik" (Şotlandiya) - "Real Madrid" (İspaniya), PSJ (Fransa) - "Yuventus" (İtaliya) və "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) oyunları davam edir.

Xəbər 248 dəfə oxundu.