“Neftçi”nin hücumçusu Belarus millisinə dəvət olunub
Bakının “Neftçi” klubunun futbolçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.

22 yaşlı hücumçu Qazaxıstan və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırılıb.

Qarşılaşmalar sentyabrın 22-də və sentyabrın 25-də olacaq.

Qeyd edək ki, Yeqor Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.

Xəbər 209 dəfə oxundu.