AFFA rəsmisi “Trabzonspor”un oyununa təyinat alıb
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

O, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Srvena Zvezda” (Serbiya) oyununda UEFA matç direktoru qismində çalışacaq.

Qarşılaşma sentyabrın 15-də Türkiyənin Trabzon şəhərindəki “Şenol Güneş Spor Kompleksi” stadionunda oynanılacaq.

Xəbər 237 dəfə oxundu.