“Frayburq” – “Qarabağ” oyununun hakimləri açıqlanıb
UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) – “Qarabağ” (Ağdam) oyununun hakimləri açıqlanıb.

Qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 300 dəfə oxundu.