“ABU Arena”da təmir-bərpa işləri həyata keçirilir
2004-cü ildə sırf həndbol üçün istismara verilən “ABU Arena”da Azərbaycan Həndbol Federasiyası (AHF) tərəfindən təmir-bərpa işləri həyata keçirilir.

Təmir işlərindən sonra “AHF Arena” kimi fəaliyyətini davam etdirəcək kompleksdə komandaların məşq etməsi, eyni zamanda oyunlar keçirməsi üçün əlverişli şərait yaradılacaq. Komandaların maddi-texniki bazasının yaxşılaşdırılmasına və həndbolun inkişafına hesablanan müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması planlaşdırılır. Bununla da, həndbolsevərlər həm Azərbaycan çempionatının, həm də avrokubok oyunları, milli komandaların seçmə mərhələ görüşlərini yenilənmiş “AHF Arena”da izləmək imkanı qazanacaqlar.

Qeyd edək ki, iyunun 7-8-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının baş ofisində qurumun prezidenti Miçael Viederer ilə Azərbaycan Həndbol Federasiyanın prezidenti Saleh Məmmədovun iştirakı ilə keçirilən görüşdə Avropa çempionatının Bakıda təşkil olunması ilə bağlı müzakirələr aparılıb. Qitə miqyaslı mötəbər yarışın paytaxtımıza həvalə olunması yüksək qiymətləndirilir.

Xəbər 256 dəfə oxundu.