Deyan Stankoviç növbəti dəfə əməliyyat olunub
Avropa Liqasında Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan İtaliyanın “İnter” klubunun futbolçusu Deyan Stankoviç növbəti dəfə əməliyyat olunub. Serb yarımmüdafiəçi axill damarından təkrar əməliyyata məruz qalıb.

Bu ilin mayında gerçəkləşən ilk əməliyyat fayda vermədiyindən Stankoviç 4 aydan sonra yenidən cərrah masasına çıxıb. Futbolçunun 2 aya yaxın bərpa prosesi keçəcəyi gözlənilir.

Xəbər 936 dəfə oxundu.