“Slovan” – “Jalqris” oyununu azərbaycanlı hakimlər briqadası idarə edəcək
FIFA referisi Rauf Cabarov yeni təyinat alıb.

O, UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Slovan” (Bratislava, Slovakiya) – “Jalqris” (Litva) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

“Slovan” – “Jalqris” oyunu sentyabrın 8-də keçiriləcək.

Xəbər 243 dəfə oxundu.