AFFA-nın Hakimlər Komitəsinin sədri UEFA tərəfindən növbəti təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA tərəfindən növbəti təyinat alıb.

O, UEFA Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Anderlext” (Belçika) – “Silkeborq” (Danimarka) oyununun hakim-inspektoru olacaq.

“Anderlext” – “Silkeborq” matçı sentyabrın 8-də Belçikanın Brüssel şəhərindəki “Anderlext” stadionunda oynanılacaq.

Xəbər 206 dəfə oxundu.