FIFA rəsmisi Elxan Məmmədov əfsanəvi futbolçu Marsel Desayi ilə görüşüb
FIFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransa millisinin əfsanəvi futbolçusu Marsel Desayi ilə görüşüb.

Görüş ali futbol qurumunun Parisdə yerləşən ofisində baş tutub.

AFFA-nın sabiq vitse-prezidentinin qonağı olan veteran müdafiəçi onunla fikir mübadiləsi aparıb.

Qeyd edək ki, M.Desayi futbolçu karyerası ərzində ölkəsinin "Marsel", İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında çıxış edib.

Xəbər 282 dəfə oxundu.