Bu gün “Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açacaq
Bu gün “Neftçi” Azərbaycan futbol tarixində yeni bir səhifə açacaq. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirməklə avrokubokların həlledici mərhələsində ilk dəfə oynayan komandamız olacaq.
“İnter” və “Rubin”lə eyni qrupda yarışan “Neftçi”nin ilk rəqibi “Partizan” olacaq. Belqraddakı Partizan stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00.005-də başlayacaq və qarşılaşmanı çex FİFA referisi Libor Kovarik idarə edəcək.
Qeyd edək ki, “Neftçi” cari mövsümdə avrokuboklara Çempionlar Liqasında başlayıb. Gürcüstanın “Zestafoni” klubuna qalib gələn (3:0, 2:2) təmsilçimiz İsrail çempionu “Hapoel”ə (Kiryat Şmona) yenilib (0:4, 2:2). Avropa Liqasının play-off mərhələsində isə Cənubi Kiprin APOEL klubuna qalib gəlib (1:1, 3:1).
Bu “Neftçi”nin avrokuboklardakı (Kuboklar Kuboku, Çempionlar Liqası, UEFA Kuboku/Avropa Liqası) 37-ci matçı olacaq. İndiyədək 12 qələbə qazanıb, 8 heç-heçə edən ağ-qaralar 16 dəfə məğlub olub.
Avropa Liqası
Qrup mərhələsi
I tur, 20 sentyabr
Partizan (Serbiya) – Neftçi (Azərbaycan)
Hakimlər: Libor Kovarik, Patrik Filipek, Jan Patak, Antonin Kordula (Çexiya).
Baş hakimin əlavə köməkçiləri: Radek Prihoda, Tomas Kocourek (Çexiya).
UEFA nümayəndəsi: Mixael Kirçner (Almaniya).
Hakim-inspektor: Manuel Lopez Fernandez (İspaniya).
20 sentyabr. Belqrad. Partizan stadionu.

Xəbər 955 dəfə oxundu.