Fransa klubu “Qarabağ” ilə oyunlar üçün heyətini açıqlayıb
Fransanın “Nant” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları üçün iştirak ərizəsini açıqlayıb.

Baş məşqçi Antuan Kombuarenin açıqladığı siyahıda qapıçılar - Alban Lyafon, Remi Deskam, Denis Petriç, müdafiəçilər - Fabio, Andrey Cirotto, Nikolya Pallua, Dennis Appia, Jan-Şarl Kastelletto, Robin Vuazin, Sebastyan Korşya, Kenten Merlen, Şarl Traore, yarımmüdafiəçilər - Pedro Çirivelya, Samüel Mutussami, Lüdovik Blas, Mussa Sissoko, Məhəmməd Açi, Loann Duse, hücumçular - Evann Gessan, Markus Koko, İqnatius Qanaqo, Moyzes Simon, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

Qeyd edək ki, “Qarabağ” “Nant”la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.

Xəbər 205 dəfə oxundu.